Papastopulos özünə klub axtarır – “Arsenal”dan gedəcək
07.04.2020 - 11:35
Papastopulos özünə klub axtarır – “Arsenal”dan gedəcək

İngiltərənin “Arsenal” klubunun futbolçusu Sokratis Papastopulos London təmsilçisini tərk etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı yunanıstanlı müdafiəçi mövsümün sonunda “topçular”dan ayrılmaq variantlarını nəzərdən keçirir.

Sokratisin İngiltərə təmsilçisi ilə müqaviləsi 2021-ci ildə başa çatacaq. Lakin məşqçilər korpusu onun oyunundan razı deyil və arxa xətti gücləndirmək üçün futbolçu axtarır. Bunu nəzərə alan mərkəz müdafiəçisi də yeni klub axtarışına start verib.

Qeyd edək ki, Papastopulos cari mövsüm bütün turnirlərdə keçirdiyi 27 oyunda 3 qol vurub.