Pato “Milan”a qayıtmağa hazır olduğunu açıqladı
21.04.2022 - 00:33
Pato “Milan”a qayıtmağa hazır olduğunu açıqladı

Braziliya millisinin sabiq futbolçusu Aleşandre Pato yenidən Avropada çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu “Milan”da çıxış etmək arzusundadır.

Hazırda ABŞ-ın “Orlando Siti” klubunun formasını geyinən forvard İtaliya təmsilçisinin nümayəndələri ilə də danışıb: “Özümü Orlandoda əla hiss edirəm və müqaviləm var. “Milan”ın texniki direktoru Paolo Maldini də bilir ki, mən qayıtmağa hazıram. Artıq böyümüşəm və futbola fərqli yanaşıram. Gənclər üçün faydalı ola bilərəm. İtaliya üçün də darıxıram”.

Qeyd edək ki, Pato 2007-13-cü illərdə “Milan”ın şərəfini qoruyub.