Paytaxt derbisində 2 azarkeş həbs olundu
24.01.2022 - 11:27
Paytaxt derbisində 2 azarkeş həbs olundu

İngiltərə Premyer Liqasının XXIII turunda keçirilən “Çelsi” – “Tottenhem” oyununda xoşagəlməz olay yaşanıb.

Apasport.az saytı xəbər verir ki, paytaxt derbisində birincilərin müdafiəçisi Antonio Rudigerə tribunadan iki azarkeş yad əşya atıb.

Yerli polis tərəfindən tapılan həmin şəxslərin artıq həbs edildiyi açıqlanıb. Hadisə zamanı oyun dayanmış, Rudiger əşyaları toplayaraq meydandan çıxarmışdı. Qarşılaşmadan sonra baş verənlərə münasibət bildirən “zadəganlar”ın baş məşqçisi Tomas Tuxel bu cür olayların yaşanmaması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, görüş “Çelsi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.