Paytaxt klubu azarkeşinə ömürlük qadağa qoydu
28.08.2019 - 12:08
Paytaxt klubu azarkeşinə ömürlük qadağa qoydu

İtaliyanın “Roma” klubu azarkeşlərindən birini cəzalandırıb.

APA-nın məlumatına görə, paytaxt klubu Andrea Dallakvilanı öz oyunlarını stadiondan izləməsinə qadağa qoyub.

Ömürlük qadağaya fanatın hərəkətləri səbəb olub. Belə ki, azarkeş “Roma”nın futbolçusu Juan Jezusu təhqir edib. Fanat irqçiliyə yol verdiyindən cəzası belə ağır olub.

Qeyd edək ki, klub rəhbərliyi hadisə ilə bağlı polisə və azarkeşin təhqiri dərc etdiyi “İnstagram”ın idarəçilərinə də müraciət ünvanlayıb.