Paytaxt klubunda yeni futbolçu - Kumbulla
17.09.2020 - 20:11
İtaliyanın “Roma” klubu heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi “Verona”nın müdafiəçisi Maraş Kumbullanın keçidini rəsmiləşdirib.
O, yeni komandasına icarə əsasında keçib. Kumbulla 2022-ci il iyunun 30-dək “canavarlar”ın heyətində çıxış edəcək.
Qeyd edək ki, müqavilənin şərtlərinə əsasən, icarə müddəti bitdikdən sonra Maraş “Roma”nın futbolçusu ola bilər.
0
0