“Arsenal”ın yarımmüdafiəçisi Tomas Partinin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu üçün mövsüm bitib.
Bunu “topçular”ın baş məşqçisi Mikel Arteta açıqlayıb. Çalışdırıcı bildirib ki, Premyer Liqanın XXXI turunda “Kristal Pelas”la (0:3) qarşılaşmada zədələnən Qana millisinin üzvü mövsümün qalan görüşlərində paytaxt klubuna kömək edə bilməyəcək: “Həkimlərdən aldığımız raport heç də yaxşı deyil. Tomasın mövsümün sonuna qədər kollektivə dönməsi real deyil. Tibbi heyətimiz onun mümkün qədər tez sağalmasına çalışacaq. Ancaq vəziyyət heç də optimist görünmür”.
Qeyd edək ki, Tomas Parti bu mövsüm 26 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.