“Real”ın baş məşqçisi Karlo Ançelotti postunu tərk edə bilər.
Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “kral klubu”nun prezidenti Florentino Peres hələ də italiyalı mütəxəssislə çalışmaqda maraqlı deyil.
Madrid təmsilçisi La Liqaya başçılıq etməsinə və Çempionlar Liqasında yarımfinala adlamasına baxmayaraq, prezident komandanın oyunundan razı deyil. Peres mövsümün sonunda onun yerinə almaniyalı Yoahim Lövü təyin etməkdə israrlıdır. Almaniya millisinin sabiq baş məşqçisi ilə ilkin danışıqlar da olub.
Qeyd edək ki, mövsümün əvvəlindən “Real”a rəhbərlik edən Karlo Ançelottinin müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.