Pirlonu istefaya göndərdi – “Yuventus”
28.05.2021 - 13:49
İtaliyanın “Yuventus” klubu baş məşqçisi Andrea Pirlonu istefaya göndərib.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Ötən mövsüm “Yuventus” A seriyasında 4-cü yeri tutub. 2011-ci ildən sonra ilk dəfə çempion titulunu əldən verib.
Qeyd edək ki, Pirlonu Massimiliano Alleqrinin əvəzləyəcəyi gözlənilir.
0
0