Pirlonu istəyir – A seriyası klubu
26.05.2021 - 17:57
İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Andrea Pirlo karyerasını A seriyasının digər təmsilçisində davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisini tərk edəcəyi gözlənilən gənc mütəxəssis “Sassuolo”nun “sükanı arxası”na keçməyə namizəddir.
“Yaşıl-qaralar”ın rəhbərliyi Pirlonun məşqçilik bacarığından məmnundur. Bu üzdən də onun baş məşqçi gətirilməsini istəyir.
“Sassuolo” Françesko de Dzerbinin gedişindən sonra çalışdırıcı axtarışına çıxıb. Komandanın sabiq baş məşqçisi Ukrayna “Şaxtyor”una keçib.
0
0