Poçettino: “Mbappeni evimizə aparacam”
23.04.2022 - 00:36
“Bu mövzu məni narahat etmir. Belə vəziyyət bütün klublarda yaranır”.
Apasport.az saytının məlumatına görə, bunu PSJ-nin baş məşqçisi Maurisio Poçettino deyib.
Argentinalı mütəxəssis Kilian Mbappenin klubdan gedişi ilə bağlı mövzuya münasibət bildirib: “Məşqçi belə vəziyyətə uyğunlaşmağı bacarmalıdır. Şəxsən mən istəyərdim ki, Kilian həmişə mənimlə olsun. Onu məzuniyyətə, evimizə gedəndə özümlə aparacam. Əlbəttə, PSJ-də qalmasını istəyirəm. Hamımız bunu istəyirik. Amma belə məsələlər futbolçu, klub və digər tərəflər arasında birgə qəbul olunur”.
0
0