Poçettinodan sabiq komandasına vida sözləri
22.11.2019 - 11:29
Poçettinodan sabiq komandasına vida sözləri

Argentinalı Maurisio Poçettino “Tottenhem”in futbolçuları ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis sabiq komandasına təşəkkür edib. 

O, məşqçilər heyəti ilə birgə taktiki lövhədə vida sözlərini yazıb. Çalışdırıcılar bildiriblər ki, Çempionlar Liqasının finalına yüksəltdiyi “Tottenhem”i heç vaxt unutmayacaqlar: “Biz sizə “əlvida” deyə bilmərik. Siz həmişə bizim ürəyimizdə olacaqsız”. 

Qeyd edək ki, 3 gün öncə Poçettino məşqçilər korpusu ilə birgə London klubundan istefaya göndərilib. Onu bu postda keçən ilin dekabrında işsiz olan Joze Mourinyo əvəzləyib.