Poqbadan imtina – “Real” fikrini dəyişdi
08.05.2020 - 11:03
Poqbadan imtina – “Real” fikrini dəyişdi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba mövsümün sonunda İspaniyaya köçməyəcək.

Apasport.az saytının məlumatına görə, “Real” ulduz futbolçunun transferindən imtina edib.

“Kral klubu” uzun sürən danışıqlardan müsbət nəticə əldə etməyincə diqqətini digər oyunçulara yönəldib. La Liqa təmsilçisi üçün prioritet Eduardo Kamavinqa (“Renn”) və Nqolo Kantedir (“Çelsi”). İspanlar mövsümün sonunda adıçəkilən iki oyunçunun transferinə çalışacaq.

Qeyd edək ki, “Real” Kamavinqa məsələsində “Renn”lə razılığa gəlməyə çox yaxındır.