Poqbanın tələbi PSJ-ni qorxutdu
25.04.2022 - 18:00
“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın PSJ-yə keçidində problem yaranıb.
Apasport.az saytının məlumatına görə, buna fransalı yarımmüdafiəçinin tələbləri səbəb olub.
Poqbanın yüksək maaş istəməsi Paris təmsilçisini qane etməyib. Danışıqların belə axar almasından sonra 29 yaşlı futbolçunu heyətinə qatmağa əsas namizəd “Yuventus” olub. Turin təmsilçisi sabiq futbolçusunu qaytarmağa yaxındır.
Qeyd edək ki, Poqba cari mövsümün 27 oyununda 1 qol və 8 assistə imza atıb. O, mövsümün sonunda azad agent statusu alacaq.
0
0