“Mançester Yunayted” yarımmüdafiəçisi Pol Poqbaya yeni müqavilə təklifi edib.
Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” Fransa millisinin futbolçusuna həftəyə 500 min funt sterlinq ödəməyə hazırdır.
Rəhbərliyin bu addımı isə komandanın digər futbolçularında narazılığa səbəb olub. Onlar Poqbanın zəif çıxışa və komandanı tərk etməklə hədələməsinə baxmayaraq, belə təklif almasının doğru olmadığını hesab edirlər. Belə bir müqavilə imzalanacağı təqdirdə, digər aparıcı oyunçular da maaşlarının artırılmasını tələb edəcək.
Qeyd edək ki, Pol Poqbanın “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir. Komandanın ən yüksəködənişli futbolçusu Kriştiano Ronaldodur. Portuqaliyalı superulduzun həftəlik məvacibi 450 min funt sterlinqdir.