Portuqaliyadan müdafiəçi alır - “Mançester Yunayted”
14.11.2020 - 00:06
Portuqaliyadan müdafiəçi alır - “Mançester Yunayted”

İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Portuqaliya "Braqa”sında çıxış edən David Karmanı heyətinə qatmağa hazırlaşır.

21 yaşlı portuqaliyalı müdafiənin mərkəzində komandaya faydalı olmalıdır. 2018-ci ildə U-19-lar arasında Avropa çempionu olan Karma “Fiorentina” və “Roma”nın da maraq dairəsindədir.
 

0