Portuqaliyalı və seneqallı hücumçu ilə müqavilə imzaladı - "Keşlə"
24.06.2021 - 20:10
"Keşlə" heyətini gücləndirməkdə davam edir.
Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi 2 futbolçu ilə danışıqları müsbət yekunlaşdırıb.
Azərbaycan kubokunun qalibi portuqaliyalı Aldair Sapalo Amaro Neto və seneqallı Oumar Qoudiabi ilə 1 illik müqavilə imzalayıb.
Onların hər ikisinin son klubu Şimali Makedoniyanın 1-ci liqasında çıxış edən "Pelister" komandası olub.
0
0