Postsovet məkanında 6-cı - Azərbaycan
20.01.2020 - 12:37
Postsovet məkanında 6-cı - Azərbaycan

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünyanın ən güclü 100 liqasından 50-si Avropanı təmsil edir.

Apasport.az saytının məlumatına görə, planetin 56-cısı olan Azərbaycan Premyer Liqası UEFA-ya üzv olan ölkələr arasında 34-cü yeri tutur.

Çempionatımız 70-ci olduğu ötən illə müqayisədə 14 pillə irəliləyişə nail olub. Premyer Liqa son bir ildə bu çempionatları arxada qoyub: Əlcəzair, Estoniya, İran, Latviya, İrlandiya, Sudan, Qvatemala, Kosta-Rika, ABŞ, Qətər, Albaniya, Litva, Tailand, BƏƏ.

Azərbaycan ən böyük irəliləyişə nail olan ölkələrdəndir. Çili və Ekvadorla eyni göstəricəyə malik çempionatımız 14 addım irəliləyib. Bu, tərəqqi üzrə cədvəldə 12-14-cü yerlər üçün yetərlidir. Rekord Beninə məxsusdur – 62 pilləlik irəliləyiş. Antirekord isə Qətərdədir. Asiyalılar 29 pillə enişə məruz qalıblar.

Keçmiş SSRİ təmsilçilərindən 12-si 100 ən yaxşı liqa sırasında yer alıb. Yalnız Qırğızıstan, Tacikistan və Türkmənistan siyahıdan kənarda qalıb. Azərbaycan postsovet məkanında 6-cı yerdədir.

yer

liqa

xal

25

Ukrayna

542

26

Rusiya

538,5

43

Qazaxıstan

410

45

Belarus

397

51

Gürcüstan

368

56

AZƏRBAYCAN

349

59

Estoniya

345

61

Latviya

340

67

Özbəkistan

292,5

71

Litva

279,5

72

Moldova

275

80

Ermənistan

236,5