Sabah Azərbaycan kubokunda 2019/20 mövsümünə start veriləcək.
Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək 1/8 final mərhələsində dörd oyun baş tutacaq.
Bu görüşlər Premyer Liqa və I divizion klublarının dueli olacaq. Ötən mövsümü yüksək dəstədə 5-8-ci yerləri tutan klublar kubokda qüvvəsini sınayacaq aşağı liqa təmsilçiləri ilə üz-üzə gələcək.
Bütün qarşılaşmalarda Premyer Liqa komandaları meydan sahibi olacaq. Bu üzdən də onlardan hansınınsa 1/4 finala vəsiqə qazanmaqda çətinlik çəkəcəyi inandırıcı görünmür.
İlk oyun günündə “Keşlə” “Kəpəz”i qəbul edəcək. Digər üç matç ertəsi gün baş tutacaq. “Zirə” “Qaradağ Lökbatan”ı, “Sabah” isə “Ağsu” ilə görüşəcək. Mərhələ Sumqayıtda başa çatacaq. Burada eyniadlı komanda “Zaqatala”nı qəbul edəcək.
Azərbaycan kuboku
1/8 final
3 dekabr (çərşənbə axşamı)
“Keşlə” – “Kəpəz”
“ASCO Arena”, 15:00
4 dekabr (çərşənbə)
“Sabah” – “Ağsu”
“Bank Respublika Arena” (ehtiyat meydança), 15:00
“Zirə” – “Qaradağ Lökbatan”
Zirə İdman Kompleksinin stadionu, 14:00
“Sumqayıt” – “Zaqatala”
“Kapital Bank Arena”, 17:00