Koronavirus pandemiyası səbəbindən dayandırılan İngiltərə Premyer Liqasının bərpası ilə bağlı tibbi araşdırma aparılıb.
Apasport.az saytının məlumatına görə, futbolçuların zədələnmə riskinin əvvəlkindən çox olduğu müəyyənləşib.
Oyunçuların 2 aydan çox məşqdən kənarda qaldığını nəzərə alan alimlər onların bərpadan sonrakı məşq zamanı göstəricilərini təhlil ediblər. Bildirilib ki, 30 gün ərzində 5 yox, 8 oyun keçirmələri oyunçuların zədələnmə riskini 25 faiz artıracaq. Həmçinin psixoloqlar mövsümün qalan hissəsində futbolçuların konsentrasiyasında 15 faiz çatışmazlıq olacağını açıqlayıblar.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının iyunun 19-da bərpa olunması planlaşdırılır.