Premyer Liqa klubları Torresi izləyir
27.04.2022 - 13:33
“Vilyarreal”ın futbolçusu Pau Torres karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, müdafiəçinin xidmətində Premyer Liqa nəhəngləri maraqlıdır.
“Mançester Siti”, “Mançester Yunayted” və “Çelsi” yay transfer dövründə Paunu heyətinə qatmaq istəyir. London təmsilçisi Torresi izləmək üçün skautunu da göndərib.
25 yaşlı futbolçunun müqaviləsində sərbəstqalma məbləği kimi 60 milyon avro göstərilib. Bu qiymət qarşıdakı transfer pəncərəsinin sonuna qədər qüvvədə olacaq.
0
0