Premyer Liqa klubları Ardanı izləyir
13.04.2022 - 20:49
Premyer Liqa klubları Ardanı izləyir

“Fənərbaxça”nın gənc futbolçusu Arda Güler tezliklə legioner həyatı yaşaya bilər.

Apasport.az saytının məlumatına görə, 17 yaşlı yarımmüdafiəçinin parlaq çıxışı Avropa klublarının diqqətini cəlb edib.

Xüsusən də, İngiltərə təmsilçiləri “Liverpul” və “Arsenal” onu yaxından təqib etməyə başlayıb. Hətta Premyer Liqa klublarının skautları “Fənərbaxça”nın Super Liqanın XXXII turunda “Qalatasaray”la (2:0) keçirdiyi matçda Ardanın çıxışını tribunadan canlı izləyiblər. Adıçəkilən komandalar mövsümün sonunda Gülerin transferi üçün istanbullulara müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, “Fənərbaxça”nın yetirməsi olan Arda bu mövsümdən əsas komandaya cəlb olunub.