Koronavirus pandemiyası üzündən dayandırılan İngiltərə Premyer Liqasında çıxış edən və müqaviləsi başa çatan futbolçuların taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqanın icraçı direktoru Riçard Masters açıqlayıb.
O bildirib ki, qurum və klublar arasında bununla bağlı razılıq əldə olunub. Futbolçular başa çatan müqaviləni mövsümün sonunadək uzatmaq hüququna malik olacaq: “Biz qərara gəldik ki, komandaların mövsümü eyni heyətlə başa çatdırması üçün hər şey edək. Müqaviləsi iyunun 30-da başa çatacaq oyunçuların anlaşmanı mövsümün sonunadək uzada biləcəyini razılaşdırdıq. Lakin bunun üçün qarşılıqlı razılıq da olmalıdır. Müqavilənin uzadılması barədə qərar iyunun 23-dən gec verilməlidir”.
Qeyd edək ki, Premyer Liqanın iyunun 12-də bərpa olunacağı gözlənilir.