Premyer Liqa klubu 24 milyon avro itirəcək
14.04.2022 - 15:00
Premyer Liqa klubu 24 milyon avro itirəcək

“Mançester Yunayted” ciddi maliyyə problemi ilə üzləşə bilər.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, gəliri azalacaq.

Təkcə ÇL-dən kənarda qalmaq mançesterliləri 24 milyon avroluq qazancdan məhrum edə bilər. Komanda Premyer Liqada mövsümün sonuna 7 tur qalmış 7-ci pillədə qərarlaşır və Çempionlar Liqası zonasından 6 xal geri qalır.

Qeyd edək ki, “Mançester Yunayted” XXXIII turda aprelin 16-da autsayder “Norviç”i qəbul edəcək.