Premyer Liqa klubu bombardiri aldı – rekord qiymətə
30.06.2021 - 16:12
İngiltərənin “Lester” klubu heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Zalsburq”un hücumçusu Petson Daka ilə müqavilə imzalayıb.
Zambiyalı futbolçu 5 il “tülkülər”in şərəfini qoruyacaq. 22 yaşlı futbolçu üçün 30 milyon avro ödəniləcək.
Bu, Avstriya çempionatı üçün yeni rekorddur. Bundesliqanın ən yaxşı bombardirinə qədər rekord Nabi Keytaya məxsus idi. O, 2017-ci ildə “Zalsburq”dan “Leypsiq”ə 29,75 milyon avroya keçib.
Qeyd edək ki, 2017-ci ildən “Zalsburq”da oynayan Petson ötən mövsüm 28 matçda 27 qol vurub.
0
0