Premyer Liqa klubuna icarəyə verəcək – “Everton”
23.09.2020 - 15:00
İngiltərənin “Everton” klubunun futbolçusu Tom Deyvis komandasını dəyişəcək.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Sauthempton”a keçməyə yaxındır.
22 yaşlı ingiltərəli yeni klubunda Pyer-Emil Heybyerqi əvəzləməlidir. Sonuncu bu yay “Tottenhem”ə keçib.
“Sauthempton” Deyvisi bir mövsümlük icarəyə götürməyi planlaşdırır. O, cari mövsüm “Everton”da 2 matç keçirib.
0
0