Premyer Liqa tarixində 250 qələbəni ən tez qazanan məşqçilər
17.04.2022 - 15:56
Premyer Liqa tarixində 250 qələbəni ən tez qazanan məşqçilər

İngiltərə futbol tarixində ən az oyunda 250 qələbə qazanan baş məşqçilərin adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu göstəricidə rekord yenicə qırılıb.

Pep Qvardiola Premyer Liqanın XXX turunda “Mançestet Siti”nin “Brayton”u 3:0 hesabı ilə məğlub etdiyi görüşdə 250-ci qalibiyyətini qazanmaqla rekordu ələ keçirib. İspaniyalı mütəxəssis buna 344 görüşdə nail olub. Qvardiola hazırda “Roma”nı çalışdıran “Çelsi” və “Mançester Yunayted”in sabiq çalışdırıcı Joze Mourinyonun rekordunu əlindən alıb. 

1. Pep Qvardiola (“Mançester Siti”) - 344 oyunda 250 qələbə
2. Joze Mourintyo (“Çelsi”, “Mançester Yunayted”) - 396 oyunda
3. Kenni Dalqliş (“Liverpul”, “Blekbörn”, “Nyukasl”) - 429 oyunda
4. Arsen Venger (“Arsenal”) - 433 oyunda
5. Don Revie (“Lids”)- 439 oyunda