Premyer Liqada iki cəzalı
12.04.2022 - 00:00
Azərbaycan Premyer Liqasının XXII turunda iki futbolçu cəzalı duruma düşüb.
Apasport.az saytının məlumatına görə, bunlar Asif Məmmədovla Elvin Camalovdur.
Hər iki oyunçu mövsümdə 4-cü sarı vərəqəni aldığı üçün növbəti turu buraxacaq. Asif “Qəbələ”nin “Səbail”lıə səfər görüşündə (0:3) cəzalanıb. O, “Sumqayıt”la matçdan kənar qalacaq.
Elvin “Zirə” üzərində 3:1 hesablı qələbə zamanı sarı vərəqə alıb. O, “Neftçi” ilə qarşılaşmada “Sabah”a kömək etməyəcək.
Qeyd edək ki, növbəti turun matçları aprelin 15-16-da keçiriləcək.
0
0