Premyer Liqada üç cəzalı
21.04.2022 - 00:00
Premyer Liqada üç cəzalı

Azərbaycan Premyer Liqasının həftəsonu keçiriləcək XXIV turunda üç cəzalı olacaq.

Apasport.az saytının məlumatına görə, buna XXIII turun matçları səbəb olub.

Ən böyük itkilər “Qəbələ”dədir. “Qırmızı-qaralar” baş məşqçisi Elmar Baxşıyev və braziliyalı legioner Rafael Utziqi itirib.

Baxşıyev “Sumqayıt”la qarşılaşmada (1:1) qırmızı vərəqə alıb. Həmin görüşdə sarı vərəqə ilə cəzalanan cənubi amerikalı mövsümdə 4-cü xəbərdarlıq aldığı üçün diskvalifikasiya edilib. Onlar “Qarabağ”la oyundan kənar qalacaq.

Qəbələdəki matçda sarı vərəqə alan Dmitri Nağıyev də “Sumqayıt”a kömək etməyəcək. 4-cü xəbərdarlıq alan milliləşən legioner “Zirə” ilə oyunda meydana çıxmayacaq.