Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə
Azərbaycan Premyer Liqasında IV dövrə XXII turun oyunları ilə başlayıb.
Apasport.az saytının məlumatına görə, ötən həftəsonu baş tutan 4 matçdan sonra avrokuboklara ilk vəsiqə və ilk mükafatçı bəlli olub.
“Sumqayıt”ı 3 cavabsız qolla darmadağın edən “Qarabağ” qitə miqyaslı turnirlərdə yerini təmin edib. Böyük ölçüdə Çempionlar Liqasında oynayacaq Qurban Qurbanovun yetirmələri yalnız möcüzə sayəsində yeni mövsümə Konfrans Liqasından başlaya bilər.
Bununla da “Qarabağ” tarixində 19-cu dəfə qitə miqyaslı turnirlərdə oynamaq imkanı qazanıb. Ağdam klubu Azərbaycan klubları arasında ikinci göstəriciyə malikdir. Yalnız “Neftçi” daha çox – 20 mövsümdə qitə səhnəsinə çıxıb. Amma bakılılar bu fərqi yenidən ikiyə çatdırmağa yaxındır. Turnir cədvəlində ikinci olan Samir Abasovun yetirmələri izləyicilərindən uzaqlaşmaqdadır və onların Avropadan kənar qalması real görünmür.
Digər iki yerə üç iddiaçı var. “Zirə” və “Qəbələ” əvvəllər də avrokubokda oynayıbsa, hazırda 5-ci olan “Sabah” debüt üçün can atır. Düzdür, kağız üzərində mövsümə “Keşlə” kimi başlayan indiki “Şamaxı”, hətta “Sumqayıt”ın Konfrans Liqası şansı qalmaqdadır. Hələlik yalnız “Səbail” belə xəyala vida edib.
“Sabah” tarixində ilk dəfə avrokuboka yüksəlsə, buna nail olan 21-ci komandamız kimi yadda qalacaq. İndiyədək Azərbaycanın 20 komandası bunu bacarıb.
Onlardan bəziləri müxtəlif adlarla Avropaya çıxıb və ya vəsiqəni fərqli adla qazanıb. “Şamaxı” qitə kuboklarında “Xəzər Universiteti” kimi debüt edib, “İnter” və “Keşlə” kimi də oynayıb. “Bakı”nın debütü isə “Dinamo” adı ilə olub. Son adı “Şüvəlan” olan AZAL “Olimpik” kimi Avropaya çıxıbsa, “ANS Pivani” “Bakı fəhləsi” adı ilə buna nail olub.
Avrokubokdakı Azərbaycan təmsilçiləri
|
№ |
klub |
mövsüm |
|
1 |
“Neftçi” (Bakı) |
20 |
|
2 |
“Qarabağ” (Ağdam) |
19 |
|
3 |
“Şamaxı” |
12 |
|
4-5 |
“Xəzər Lənkəran” |
7 |
|
|
“Bakı” |
7 |
|
6-7 |
“Qəbələ” |
6 |
|
|
“Kəpəz” (Gəncə) |
6 |
|
8 |
“Şəmkir” |
4 |
|
9-13 |
“Viləş” (Masallı) |
2 |
|
|
“Şüvəlan” (Bakı) |
2 |
|
|
“MKT-Araz” (İmişli) |
2 |
|
|
“Sumqayıt” |
2 |
|
|
“Karvan” (Yevlax) |
2 |
|
14-20 |
“Zirə” (Bakı) |
1 |
|
|
“Xəzri” (Bakı) |
1 |
|
|
“Turan” (Tovuz) |
1 |
|
|
“Simurq” (Zaqatala) |
1 |
|
|
“ANS Pivani” (Bakı) |
1 |
|
|
“Şəfa” (Bakı) |
1 |
|
|
“Səbail” (Bakı) |
1 |
“Səbail”in qonağı olan “Qəbələ”nin də eyni hesabla uduzması isə “Qarabağ”ın artıq “dördlük”də deyil, “üçlük”də yerini təmin etməyə yetərli olub. Ağdamlılar mövsümü ən pis halda üçüncü kimi bitirəcək.
Digər iki mükafata dörd namizəd qalmaqdadır. “Şamaxı”nın medal qazanması yalnız kağız üzərində real görünür. “Neftçi”nin gümüşə yaxın olduğu mübarizədə “Zirə”, “Qəbələ” və “Sabah”ın bürünc savaşı diqqət çəkir.
Son üç mövsümdə ilk iki yeri öz aralarında bölüşən “Qarabağ”la “Neftçi”nin yenə hamıdan öndə olacağı gözləniləndir. 3-cü yerin sahibi isə dəyişəcək. Ötən mövsümün bürünc mükafatçısı “Sumqayıt” artıq “üçlük” şansını itirib. Aleksey Baqanın gəlişi ilə özünə bənzəməyən komanda hətta sonuncu yeri tutmağa namizəddir.
Bütün mükafatçılar
|
mövsüm |
I |
II |
III |
|
1992 |
“Neftçi” (Bakı) |
“Xəzər” (Sumqayıt) |
“Turan” (Tovuz) |
|
1993 |
“Qarabağ” (Ağdam) |
“Xəzər” (Sumqayıt) |
“Turan” (Tovuz) |
|
1993/94 |
“Turan” (Tovuz) |
“Qarabağ” (Ağdam) |
“Kəpəz” (Gəncə) |
|
1994/95 |
“Kəpəz” (Gəncə) |
“Turan” (Tovuz) |
“Neftçi” (Bakı) |
|
1995/96 |
“Neftçi” (Bakı) |
“Xəzri” (Bakı) |
“Kəpəz” (Gəncə) |
|
1996/97 |
“Neftçi” (Bakı) |
“Qarabağ” (Ağdam) |
“Xəzri” (Bakı) |
|
1997/98 |
“Kəpəz” (Gəncə) |
“Dinamo” (Bakı) |
“Şəmkir” |
|
1998/99 |
“Kəpəz” (Gəncə) |
“Şəmkir” |
“Neftçi” (Bakı) |
|
1999/2000 |
“Şəmkir” |
“Kəpəz” (Gəncə) |
“Neftçi” (Bakı) |
|
2000/01 |
“Şəmkir” |
“Neftçi” (Bakı) |
“Viləş” (Masallı) |
|
2001/02 |
Yarımçıq qalıb |
|
|
|
2002/03 |
Keçirilməyib |
|
|
|
2003/04 |
“Neftçi” (Bakı) |
“Şəmkir” |
“Qarabağ-Azərsun” (Ağdam) |
|
2004/05 |
“Neftçi” (Bakı) |
“Xəzər Lənkəran” |
“Karvan” (Yevlax) |
|
2005/06 |
“Bakı” |
“Karvan” (Yevlax) |
“Neftçi” (Bakı) |
|
2006/07 |
“Xəzər Lənkəran” |
“Neftçi” (Bakı) |
“Bakı” |
|
2007/08 |
“İnter” (Bakı) |
“Olimpik” (Bakı) |
“Neftçi” (Bakı) |
|
2008/09 |
“Bakı” |
“İnter” (Bakı) |
“Simurq” (Zaqatala) |
|
2009/10 |
“İnter” (Bakı) |
“Bakı” |
“Qarabağ” (Ağdam) |
|
2010/11 |
“Neftçi” (Bakı) |
“Xəzər Lənkəran” |
“Qarabağ” (Ağdam) |
|
2011/12 |
“Neftçi” (Bakı) |
“Xəzər Lənkəran” |
“İnter” (Bakı) |
|
2012/13 |
“Neftçi” (Bakı) |
“Qarabağ” (Ağdam) |
“İnter” (Bakı) |
|
2013/14 |
“Qarabağ” (Ağdam) |
“İnter” (Bakı) |
“Qəbələ” |
|
2014/15 |
“Qarabağ” (Ağdam) |
“İnter” (Bakı) |
“Qəbələ” |
|
2015/16 |
“Qarabağ” (Ağdam) |
“Zirə” (Bakı) |
“Qəbələ” |
|
2016/17 |
“Qarabağ” (Ağdam) |
“Qəbələ” |
“İnter” (Bakı) |
|
2017/18 |
“Qarabağ” (Ağdam) |
“Qəbələ” |
“Neftçi” (Bakı) |
|
2018/19 |
“Qarabağ” (Ağdam) |
“Neftçi” (Bakı) |
“Səbail” (Bakı) |
|
2019/20 |
“Qarabağ” (Ağdam) |
“Neftçi” (Bakı) |
“Keşlə” (Bakı) |
|
2020/21 |
“Neftçi” (Bakı) |
“Qarabağ” (Ağdam) |
"Sumqayıt" |
“Qarabağ”ın təmin etdiyi mükafat klub tarixində 16-cıdır. Ağdamlılar 8 qızıl, 4 gümüş və 3 bürünc əldə edib.
Bölgə təmsilçisi medal sayında yalnız “Neftçi”dən geri qalır. Bakılılar 30-cu mövsümdə 20-ci mükafata doğru irəliləyir. Çempionluq sayında isə paytaxt təmsilçisinin minimal üstünlüyü itə bilər.
Medallara iddiaçılardan yalnız “Sabah” bunu bacarsa, ilkə imza atacaq. İndiyədək 18 klub “üçlüy”ə düşüb ki, bakılılar bu siyahıda 19-cu olmaq arzusundadır. Bu komandalardan da bəziləri bir və ya bir neçə dəfə ad dəyişib.
|
№ |
klub |
I |
II |
III |
Cəmi |
|
1 |
“Neftçi” (Bakı) |
9 |
4 |
6 |
19 |
|
2 |
“Qarabağ” (Ağdam) |
8 |
4 |
3 |
15 |
|
3 |
“Kəpəz” (Gəncə) |
3 |
1 |
2 |
6 |
|
4 |
“Şamaxı” |
2 |
3 |
4 |
9 |
|
5-6 |
“Bakı” |
2 |
2 |
1 |
5 |
|
|
“Şəmkir” |
2 |
2 |
1 |
5 |
|
7 |
“Xəzər Lənkəran” |
1 |
3 |
0 |
4 |
|
8 |
“Turan” (Tovuz) |
1 |
1 |
2 |
4 |
|
9 |
“Qəbələ” |
0 |
2 |
3 |
5 |
|
10 |
“Xəzər” (Sumqayıt) |
0 |
2 |
0 |
2 |
|
11-12 |
“Xəzri” (Bakı) |
0 |
1 |
1 |
2 |
|
|
“Karvan” (Yevlax) |
0 |
1 |
1 |
2 |
|
13-14 |
"Şüvəlan" (Bakı) |
0 |
1 |
0 |
1 |
|
|
“Zirə” (Bakı) |
0 |
1 |
0 |
1 |
|
15-18 |
“Simurq” (Zaqatala) |
0 |
0 |
1 |
1 |
|
|
“Viləş” (Masallı) |
0 |
0 |
1 |
1 |
|
|
"Səbail" (Bakı) |
0 |
0 |
1 |
1 |
|
|
"Sumqayıt" |
0 |
0 |
1 |
1 |
Vüqar Xeyrullayev
MEDİA-nın maliyyə yardımı ilə dərc olunur