İngiltərə Premyer Liqasının XXIV turunda "Şeffild Yunayted"lə oyun "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, belçikalı futbolçu Premyer Liqa tarixinə düşüb.
Qarşılaşmada vurulan yeganə qolun məhsuldar ötürməsini verən De Bruyne cari mövsüm çempionatda assist sayını 15-ə çatdırıb. 29 yaşlı orta sahə oyunçusu Premyer Liqada 3 mövsüm ən azı 15 assist edən ilk futbolçu ünvanına yiyələnib. O, 2016-17 mövsümündə 18, 2017-18 mövsümündə isə 16 qolun ötürməsini vermişdi.
Qeyd edək ki, "Mançester Siti"yə dünənki görüşdə qələbə qazandıran qola Serxio Aquero imza atıb.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək