Rusiya Premyer Liqasında koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün qalan hissəsinin təqviminin strukturu açıqlanıb.
Apasport.az saytının məlumatına görə, burada çempionatın bərpasından sonrakı hər turun qarşılaşmaları bir gündə göstərilib.
Amma təqvimdə bir tur 3-4 gün ərzində də oynanıla bilər. İyunun 21-də bərpa olunacaq Premyer Liqaya iyulun 22-də, kuboka 3 gün sonra yekun vurulacaq.
XXIII tur – 21 iyun
Kubok, 1/4 final – 24 iyun
XXIV tur – 28 iyun
XXV tur – 1 iyul
XXVI tur – 5 iyul
XXVII tur – 8 iyul
XXVIII tur – 12 iyul
XXIX tur – 15 iyul
Kubok, yarımfinal – 18-19 iyul
XXX tur – 22 iyul
Kubok, final – 25 iyul.
Qeyd edək ki, Premyer Liqada son iki yeri tutacaq komanda bərpa olunmadan başa çatan aşağı dəstəyə düşəcək, “Rotor” və “Ximki” elitaya yüksələcək.