Premyer Liqada yenilik – 4 futbolçusu koronavirusa yoluxdusa...
26.01.2022 - 16:53
Premyer Liqada yenilik – 4 futbolçusu koronavirusa yoluxdusa...

İngiltərə Premyer Liqasında yeni qayda tətbiq olunacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı təşkilatçılar veriblər.

Bundan sonra oyunların təxirə salınması üçün komandadakı yoluxmalar sayı əsas götürüləcək. 4 üzvü koronavirusa yoluxan komandanın görüşü başqa vaxta keçiriləcək.

Bunadək heyətdə qalan futbolçu sayı əsas sayılırdı. Zədəli, yoluxan, yığmanın düşərgəsində olanların hamısı nəzərə alınmaqla neçə oyunçunun meydana çıxa bilməsi vacib idi.