Premyer Liqada dopinq tapıldı
17.04.2022 - 23:06
İngiltərə Premyer Liqası ilə bağlı yeni fakt üzə çıxıb.
Apasport.az-ın “Daily Mail”ə istinadən məlumatına görə, 2015-20-ci illərdə ən azı 15 futbolçunun dopinq testi müsbət nəticələnib.
Lakin bu oyunçulardan heç biri diskvalifikasiya edilməyib. 12 nəfərdə iş qabiliyyətini artırdığı üçün qadağan edilən preparat üzə çıxıb.
Qeyd edək ki, İngiltərə, Uels və Şotlandiyada 2013-20-ci illərdə ümumilikdə 88 test müsbət nəticələnib.
0
0