“Mançester Siti” Premyer Liqanın XXIX turunda xal itkisi ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, “şəhərlilər” “Kristal Pelas”la qolsuz heç-heçə edib.
Bununla da Pep Qvardiolanın yetirmələri mövsümün ikinci matçında da London klubunun qapısına yol tapa bilməyib. İlk dövrədəki oyunda paytaxt təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
“Mançester Siti” Qvardiolanın rəhbərliyi altında ikinci dəfə eyni komandaya mövsüm ərzində qol vura bilməyib. “Kristal Pelas”a qədər buna “Mançester Yunayted” nail olub. Ötən mövsüm qeydə alınan nəticələr də indiki kimi alınıb – 0:0, 0:2.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən Mançester təmsilçisini çalışdırır.