Premyer Liqadakı bombardirlər
24.04.2022 - 17:41
Premyer Liqadakı bombardirlər

“Mançester Yunayted” uğursuz mövsüm keçirməsinə baxmayaraq, hücumçusu Kriştiano Ronaldo qollarını sıralamaqda davam edir.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz “qırmızı şeytanlar”ın heyətində artıq 100 qol səddinə çatıb.

1992-ci ildən Premyer Liqa adı altında baş tutan yarışda Ronaldo “mankunianlar”ın ən məhsuldar 4-cü futbolçusu ünvanını daşıyır. Onu sabiq komanda yoldaşları Ueyn Runi, Rayan Giqqz və Pol Skoulz qabaqlayır.

“Mançester Yunayted” tarixinin Premyer Liqadakı bombardiri Runidir. Keçmiş forvard bu komandanın heyətində aktivinə 183 qol yazdırıb. Klub tarixinin çempionatdakı ən məhsuldar oyunçuları bunlardır:

1. Ueyn Runi
Oyun sayı: 393
Qol sayı: 183
Assist sayı: 108

2. Rayan Giqqz
Oyun: 632
Qol: 109
Assist: 162

3. Pol Skoulz
Oyun: 499
Qol: 107
Assist: 55

4. Kriştiano Ronaldo
Oyun: 223
Qol: 100
Assist: 37

5. Rud van Nistelroy
Oyun: 150
Qol: 95
Assist: 14

6. Endi Koul
Oyun: 195
Qol: 93
Assist: 31

7. Ole Qunnar Sulşer
Oyun: 235
Qol: 91
Assist: 37