Premyer Liqamız dünyada neçəncidir? – IFFHS açıqladı
22.01.2022 - 13:19
Premyer Liqamız dünyada neçəncidir? – IFFHS açıqladı

Dünyanın ən yaxşı futbol liqaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, IFFHS-in siyahısında Azərbaycan Premyer Liqası da var.

Çempionatımız 2021-ci ildə dünyada 60-cı yerdə qərarlaşıb. Aktivində 324 xal olan Premyer Liqamız 2020-ci illə müqayisədə 14 pillə irəliləyib.

Braziliyanın A seriyası ötən ilin ən yaxşı liqasıdır. Bununla IFFHS tarixində ilk dəfə (1991-ci ildən) Avropadan başqa qitə liqası (İspaniya – 13, İtaliya - 11, İngiltərə - 5, Almaniya - 1) sıralamaya başçılıq edib.

İngiltərə Premyer Liqası son 5 ildə 4-cü dəfə reytinqdə ikinci yeri tutub. 2020-ci ilin ən yaxşısı İtaliya A seriyası isə 3-cü yerə düşüb. İlk “beşliy”i müvafiq olaraq İspaniya və Fransa qabayıb. Avropanın “böyük beşlik” ölkələrindən Almaniya Bundesliqası 5-ci pillədən 8-ci yerə yuvarlanıb.

Reytinqdə 9 pillə irəliləyən Türkiyə Super Liqası dünyanın ən yaxşı 17-ci çempionatıdır.