Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə
Azərbaycan Premyer Liqasında 21 yaşadək futbolçularla bağlı limit tətbiq edildiyindən, komandalar hər matçda gənc oyunçu meydana buraxmalı olur.
Bəs görəsən, gənclər əllərinə düşən bu imkandan necə yararlanırlar? Apasport.az saytı 2000-ci il yanvarın 1-dən sonra anadan olan futbolçuların cari mövsümün ilk yarısındakı performansını araşdırıb.
Geridə qalan 14 turda 8 klubun heyətində ümumilikdə 55 belə oyunçu matçların iştirak ərizəsinə salınıb. Onlardan 18-nə qarşılaşmalar zamanı meydana çıxmaq nəsib olmayıb. Digər 37 nəfər bir neçə dəqiqə də olsa, şans əldə edib.
Ümumiyyətlə, gənclərə ən çox güvənən klub “Sabah” olub. Paytaxt klubu 2000-ci ildən sonra doğulanlardan 8-nə şans verib. Onu 6 nəfərlə autsayder “Səbail” izləyir. “Keşlə” və “Zirə”də 5 belə oyunçu meydana çıxıbsa, “Qəbələ”də bu say 4, “Sumqayıt”, “Neftçi” və “Qarabağ”da isə 3-dür.
37 futbolçudan yalnız ikisi ilk yarının bütün matçlarında iştirak edib. Bunlar “Qəbələ”nin qapıçısı Nicat Mehbalıyev və “Sumqayıt”ın yarımmüdafiəçisi Səbuhi Abdullazadədir. “Kimyaçılar”ın digər üzvü Rüfət Abdullazadədə oyun sayı 13 olsa da, o, ümumilikdə 562 dəqiqə meydanda görünüb.
Gənc oyunçulardan sadəcə 7-si aktivinə qol yazdırmağı bacarıb. Bu baxımdan “Qarabağ”ın hücumçusu Musa Qurbanlı digərlərindən fərqlənir. 2002-ci il təvəllüdlü forvard iştirak etdiyi 8 görüşdə 6 dəfə fərqlənib.
|
Klubu |
Futbolçu |
Oyun |
Dəqiqə |
Qol |
Sarı |
Qırmızı |
|
Qəbələ |
Nicat Mehbalıyev |
14 |
1260 |
-14,1 |
3 |
0 |
|
Sumqayıt |
Səbuhi Abdullazadə |
14 |
986 |
0 |
1 |
0 |
|
Sumqayıt |
Rüfət Abdullazadə |
13 |
562 |
0 |
2 |
0 |
|
Keşlə |
Turan Vəlizadə |
12 |
1060 |
0 |
1 |
0 |
|
Neftçi |
Mert Çelik |
12 |
1060 |
0 |
5 |
0 |
|
Zirə |
Cəlal Hüseynov |
12 |
966 |
1 |
3 |
0 |
|
Qarabağ |
Toral Bayramov |
12 |
900 |
0 |
1 |
0 |
|
Səbail |
Ədilxan Qarəhmədov |
11 |
917 |
0 |
3,2 |
1 |
|
Neftçi |
İsmayıl Zülfüqarlı |
10 |
575 |
1 |
1 |
0 |
|
Sabah |
Camal Cəfərov |
9 |
501 |
0 |
1 |
0 |
|
Sumqayıt |
Xəzər Mahmudov |
9 |
228 |
0 |
0 |
0 |
|
Qarabağ |
Musa Qurbanlı |
8 |
476 |
6 |
0 |
0 |
|
Sabah |
Abdulax Xaibulaev |
7 |
495 |
0 |
1 |
0 |
|
Zirə |
Ramin Əhmədov |
6 |
218 |
0 |
0 |
0 |
|
Qəbələ |
Emil Səfərov |
6 |
58 |
1 |
3 |
0 |
|
Keşlə |
Elçin Mustafayev |
5 |
393 |
0 |
2 |
0 |
|
Sabah |
Ceyhun Nuriyev |
5 |
297 |
2 |
2 |
0 |
|
Sabah |
İldar Alekperov |
5 |
204 |
0 |
1 |
0 |
|
Sabah |
Şakir Seyidov |
5 |
204 |
0 |
1 |
0 |
|
Neftçi |
Vüsal Əsgərov |
4 |
285 |
1 |
0 |
0 |
|
Səbail |
Elmir Tağıyev |
4 |
93 |
0 |
1 |
0 |
|
Səbail |
Elton Əlibəyli |
4 |
53 |
0 |
0 |
0 |
|
Sabah |
Veysəl Rzayev |
4 |
48 |
0 |
1 |
0 |
|
Keşlə |
Samir Abdullayev |
3 |
67 |
0 |
0 |
0 |
|
Qəbələ |
Rüfət Əhmədov |
2 |
177 |
0 |
2 |
0 |
|
Keşlə |
Pərviz Azadov |
2 |
153 |
1 |
0 |
0 |
|
Qəbələ |
Hüseyn Mürsəlov |
2 |
143 |
0 |
0 |
0 |
|
Zirə |
Velves Santos |
2 |
90 |
0 |
0 |
0 |
|
Zirə |
Rüstəm Nuruyev |
2 |
55 |
0 |
1 |
0 |
|
Zirə |
Rauf Hüseynll |
2 |
50 |
0 |
0 |
0 |
|
Sabah |
Arsen Ağcabəyov |
1 |
90 |
0 |
0 |
0 |
|
Səbail |
Nail Alışov |
1 |
90 |
-3 |
1 |
0 |
|
Səbail |
Orxan Fərəcov |
1 |
81 |
0 |
1 |
0 |
|
Səbail |
Vidadi Cəfərov |
1 |
61 |
0 |
1 |
0 |
|
Sabah |
Kamran Quliyev |
1 |
45 |
0 |
1 |
0 |
|
Keşlə |
Qurban Səfərov |
1 |
16 |
0 |
1 |
0 |
|
Qarabağ |
Elvin Cəfərquliyev |
1 |
16 |
0 |
0 |
0 |
Ruslan Sadıqov
MEDİA-nın maliyyə yardımı ilə dərc olunur