Azərbaycan Premyer Liqasında ilk yarı artıq başa çatıb.
Apasport.az saytının məlumatına görə, komandalar indidən qış transfer fəaliyyətinə başlaya bilərlər.
Ancaq transfer zamanı kor-koranə seçim etmək mövsümün gedişində klublara baha başa gəlir. Elə mövsümlərarası fasilədə elita təmsilçilərinin heyətə cəlb etdikləri oyunçuların heç də hamısı ümidləri doğrultmayıb. Onlar arasında həm yerli, həm də əcnəbi futbolçular var ki, klublar hətta bəziləri ilə tezliklə yolları ayırmağın planlarını cızır.
Bu yazıda yay fasiləsində həyata keçirilən uğursuz transferlərdən ibarət "22-lik" qurmağa çalışacağıq. Seçim edərkən futbolçuların oyun, meydanda olduğu dəqiqə sayı, komandaya verdiyi fayda və müqavilə bağlanarkən onlara olan ümidlərin ölçüsünü nəzərə almışıq. Bu kriteriyalara əsasən uğursuz "11-lik" və onların ehtiyatında olan 11 oyunçu müəyyənləşdirmişik.
Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 8-i yarımmüdafiəçi, 5-i isə hücumçudur.
Qapıçılar arasında yayda "Keşlə"nin yolunu tutan Rəşad Əzizli bir dəqiqə də olsun, meydana çıxmayıb. Ancaq onun "iki nömrə" olacağı öncədən bəlli idi. Bu baxımdan "Zirə"də gah çərçivəni qoruyan, gah da ehtiyatda qalan əcnəbi qapıçı Boyan Zoqoviçi ən uğursuz qolkiper hesab edirik.
Seçilən 6 uğursuz müdafiəçi transferindən 3-ü əcnəbidir. Onların hər üçü ilk dəfə ölkəmizdə çıxış etmək imkanı qazanıb. Anastasios Papazoğlunun "Zirə"də 10 oyunda iştirak etməsi sırf zədəlilərin çoxluğundan və başqa seçim imkanının olmamasından qaynaqlanıb. Avrokubok matçlarında "Qarabağ"ın ehtiyat oyunçular skamyasında oturan Faysal Rerrasa elə çempionat görüşlərində də məşqçilər korpusu çox güvənməyib.
Yarımmüdafiəçi transferləri zamanı ən çox uğursuz seçim edən komanda "Keşlə" və "Sabah" olub. Təsadüfi deyil ki, onların hər birinin 3 orta sahə oyunçusu "22-liy"ə düşüb.
O ki qaldı hücuma, "Neftçi"də yenidən geri qaytarılan Dario Frederiko, Rauf Əliyev, həmçinin "Sumqayıt"a dönən Amil Yunanov zəif çıxışla yadda qalıblar. Eyni zamanda, "Qəbələ"nin hücumunu gücləndirməli olan Kristian Kuaku və "Zirə"yə böyük ümidlərlə gətirilən Soni Nordenin qolçuluq bacarığı da istənilən səviyyədə olmayıb.

Qapıçılar:
Boyan Zoqoviç ("Zirə"): 7 oyun, 630 dəqiqə, -11 qol
Rəşad Əzizli ("Keşlə"): oynamayıb
Tərlan Əhmədli ("Qəbələ"): 4 oyun, 215 dəqiqə, -7 qol
Müdafiəçilər:
Sadiq Quliyev ("Qəbələ"): 6 oyun, 324 dəqiqə, 1 sarı vərəqə
Eriko da Silva ("Səbail"): 4 oyun, 313 dəqiqə, 1 qol
Anastasios Papazoğlu ("Zirə"): 10 oyun, 757 dəqiqə
Adil Nağıyev ("Səbail"): 9 oyun, 676 dəqiqə, 1 qırmızı vərəqə
Faysal Rerras ("Qarabağ"): 6 oyun, 499 dəqiqə, 1 sarı vərəqə
İlqar Qurbanov ("Sumqayıt"): 2 oyun, 19 dəqiqə
Yarımmüdafiəçilər:
Ziya Əzizov ("Keşlə"): oynamayıb
Cavid Tağıyev ("Sabah"): 3 oyun, 20 dəqiqə, 1 sarı vərəqə
Elvin Məmmədov ("Zirə"): 10 oyun, 347 dəqiqə, 1 sarı vərəqə
Emin Mehtiyev ("Keşlə"): 7 oyun, 41 dəqiqə, 1 sarı, 1 qırmızı vərəqə
Elgün Nəbiyev ("Sumqayıt"): 3 oyun, 66 dəqiqə
Ozan Can Kökçü ("Sabah"): 11 oyun, 830 dəqiqə
Əfran İsmayılov ("Keşlə"): 12 oyun, 197 dəqiqə, 1 sarı vərəqə
Rocer Roxas ("Sabah"): 11 oyun, 382 dəqiqə, 1 sarı vərəqə
Hücumçular:
Kristian Kuaku ("Qəbələ"): 4 oyun, 118 dəqiqə
Amil Yunanov ("Sumqayıt"): 10 oyun, 320 dəqiqə, 1 sarı vərəqə
Dario Frederiko ("Neftçi"): 13 oyun, 741 dəqiqə, 1 qol
Soni Norde ("Zirə"): 11 oyun, 557 dəqiqə, 1 qol, 3 sarı vərəqə
Rauf Əliyev ("Neftçi"): 9 oyun, 442 dəqiqə, 1 qol, 3 sarı vərəqə
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı