
Futbol bütün dinlərdən olan insanları birləşdirən idman növlərindən biridir.
Apasport.az saytının məlumatına görə, dünyanın ən çox izlənilən çempionatı olan İngiltərə Premyer Liqasında da bu hal istisna deyil.
Ötən mövsüm Çempionlar Liqasının qalibi olan "Liverpul"un iki müsəlman oyunçusu Məhəmməd Salah və Sadio Mane bu dəfə Premyer Liqa çempionluğuna yaxındırlar. Onların komandası hazırda çempionatın aşkar lideridir.
Bu cütlüyə qədər isə 11 müsəlman futbolçu Premyer Liqada çempionluq sevinci yaşayıb. Onların arasında cari mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviç də var.
İndiyə qədər Premyer Liqa çempionluğunu qazanan müsəlman futbolçuların siyahısını təqdim edirik.
Riyad Mahrez ("Lester" - 2015-16, "Mançester Siti" - 2018-19)
Nqolo Kante ("Lester" - 2015-16, "Çelsi" - 2016-17)
Yaya Ture ("Mançester Siti" - 2011-12, 2013-14, 2017-18)
İlkay Gündoğan ("Mançester Siti" - 2017-18, 2018-19)
Benjamin Mendi ("Mançester Siti" - 2017-18, 2018-19)
Nikola Anelka ("Arsenal" - 1997-98, "Çelsi" - 2009-10)
Kurt Zuma ("Çelsi" - 2014-15, 2016-17)
Kolo Ture ("Arsenal" - 2003-04, "Mançester Siti" - 2011-12)
Edin Dzeko ("Mançester Siti" - 2011-12, 2013-14)
Samir Nəsri ("Mançester Siti" - 2011-12, 2013-14)
Asmir Beqoviç ("Çelsi" - 2016-17)