Premyer Liqanın ən yaşlısı - rekord
29.06.2020 - 10:26
İngiltərə Premyer Liqasının XXXII turu "Uotford"un qapıçısı Ben Foster üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, veteran qolkiper "Sauthempton"la çempionat matçında iştirak edərək, Premyer Liqada oyun sayını 100-ə çatdırıb.
Çempionatda start heyətində ardıcıl 100-cü oyununa çıxan Foster buna nail olan ən yaşlı futbolçu ünvanına yiyələnib. O, 37 yaş 85 günlüyündə bu göstəriciyə imza atıb. Oyun isə "Sauthempton"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 2018-ci ildən "Uotford"un çərçivəsini qoruyan Ben Foster cari mövsüm 32 oyunda qapısında 49 top görüb.
0
0