Premyer Liqanın qalan oyunlarında iştirak edə bilməyəcək - Maquayr
12.05.2021 - 23:16
Premyer Liqanın qalan oyunlarında iştirak edə bilməyəcək - Maquayr

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Harri Maquayrın durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, zədələnən müdafiəçinin vəziyyətini komandanın baş məşqçisi Ole-Qunnar Sulşer açıqlayıb. 

O bildirib ki, Maquayr üçün cari mövsüm başa çatıb: “Yaxşı xəbər odur ki, Harrinin sınığı yoxdur. Amma bağlardakı xəsarəti ağırdır. Ümid edirəm ki, o, Avropa Liqasının finalına hazır olacaq. Maquayrın Premyer Liqanın qalan oyunlarında iştirak edə bilməyəcəyini düşünürəm. Biz hər şey edəcəyik ki, o, finala qədər bərpa olunsun”.