Premyer Liqaya qayıtdı, qapıçı transfer etdi – 4 illik
23.06.2021 - 15:11
İngiltərənin “Norviç” klubu heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi qapıçı Anqus Qannı transfer edib.
O, “Sauthempton”dan “Norviç”ə keçib. 25 yaşlı ingiltərəli ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Norviç” ötən mövsüm Çempionşipin qalibi olaraq Premyer Liqaya qayıdıb.
0
0