Prezident seçkilərinin vaxtı – “Fənərbaxça”da
18.05.2021 - 17:07
Türkiyənin “Fənərbaxça” klubunda prezident seçkilərinin vaxtı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin İdarə Heyətinin Növbədənkənar Seçki toplantısı iyunun 12-13-də keçiriləcək.
Mayın 29-30-da baş tutması planlaşdırılan, səs çoxluğu toplanmayacağı halda iyunun 5-6-da təşkili nəzərdə tutulan seçkilər iki həftə sonraya təxirə salınıb. Buna səbəb koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərin tətbiqidir. Toplantının gündəliyi isə iyunun 5-6-da təşkil olunacaq görüşdə müəyyənləşəcək.
0
0