Püşkatmanın vaxtını açıqladı - PFL
14.08.2021 - 18:08
Futbol üzrə Azərbaycan çempionatının I divizionunda 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, mərasim 18 avqust tarixində keçiriləcək.
Tədbir AFFA-nın inzibati binasında baş tutacaq. Püşkatma saat 14:00-da başlanacaq.
Qeyd edək ki, I divizionda yeni mövsüm 13 sentyabrda start götürəcək.
0
0