Pyaniçə İtaliyadan müştəri
26.04.2022 - 22:07
Pyaniçə İtaliyadan müştəri

“Barselona”nın “Beşiktaş”a icarəyə verdiyi Miralem Pyaniç karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, vaxtilə “Yuventus”da çıxış etmiş bosniya və herseqovinalı yarımmüdafiəçi “İnter”in hədəfindədir.

İcarə müddəti başa çatdıqdan sonra Pyaniç “Barselona”ya qayıtmalıdır. Lakin İspaniya nəhəngi Miralemin xidmətində maraqlı deyil və onu satmağı planlaşdırır. “İnter” də bu durumdan yararlanmaq niyyətindədir.

Qeyd edək ki, yarımmüdafiəçinin La Liqa təmsilçisi ilə anlaşması 2024-cü ilin yayında başa çatacaq.