Avropa Liqasının V turunda keçiriləcək “Sevilya” – “Qarabağ” matçı iki ölkə təmsilçiləri arasında 6-cı oyun olacaq.
Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri indiyədək İspaniya klubları ilə 5 avrokubok görüşü keçirib.
Bu qarşılaşmalarda komandalarımız qələbəyə həsrətdir. Hesabında 3 heç-heçə olan klublarımız 2 dəfə məğlub olub. Top fərqi də pireneylilərin xeyrinədir – 6:1.
İlk belə duel 2015-ci ilə təsadüf edib. İndiki “Keşlə” “İnter” adlandığı vaxt “Atletik”ə iki oyunun cəmində uduzub – 0:2, 0:0.
Sonrakı üç görüş “Qarabağ”ın iştirakı ilə olub. “Atletiko” ilə qrupda iki dəfə heç-heçə edən ağdamlılar “Sevilya” önündə aciz qalıblar – 0:3.
2015/16
Avropa Liqası
3-cü tənsifat mərhələsi
30 iyul. “Atletik” (İspaniya) – “İnter” – 2:0
6 avqust. “İnter” - “Atletik” (İspaniya) – 0:0
2017/18
Çempionlar Liqası
Qrup mərhələsi
18 oktyabr. “Qarabağ” – “Atletiko” (İspaniya) – 0:0
31 oktyabr. “Atletiko” (İspaniya) – “Qarabağ” – 1:1
2019/20
Avropa Liqası
Qrup mərhələsi
19 sentyabr. “Qarabağ” – “Sevilya” (İspaniya) – 0:3