Qapıçı axtarır – “Latsio”
17.05.2021 - 18:01
İtaliyanın “Latsio” klubu yeni mövsüm üçün qapıçı axtarışına başlayıb.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Pepe Reynanın gedişindən sonra onun əvəzləyicisi Tomas Strakoşaya güvənmək niyyətində deyil.
Bu üzdən də Roma təmsilçisi “1 nömrə” transfer etmək fikrindədir. “Ağ-mavilər” İngiltərə “Çelsi”sində çıxış edən Kepa Arrisabalaqanın keçidində maraqlıdır. London təmsilçisində əsas heyətdə yerini itirən qolkiper də transfer olunması sayəsində oyun praktikası qazanacaq.
0
0