“Qarabağ”ın futbolçusu Qara Qarayev antirekorda şərik olub.
Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin VI turunun “Düdelanj”la görüşündə ikinci sarı vərəqə üzündən meydandan qovulan yarımmüdafiəçi avrokuboklarda 2-ci dəfə qırmız vərəqə alıb.
Bununla da Q.Qarayev Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qırmızı vərəqə alan futbolçu ünvanına şərik çıxıb. Ona qədər Admir Teli və Elvin Yunuszadə də iki avrokubok görüşündə belə cəza almışdı.
Qeyd edək ki, Q.Qarayev ilk qırmızısını 2018-ci il iyulun 11-də Çempionlar Liqasının I təsnifat mərhələsinin “Olimpiya” ilə səfər görüşündə alıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı