Qaret Beyl “Tottenhem”ə qayıtmaq istəmir
22.11.2019 - 09:55
Qaret Beyl “Tottenhem”ə qayıtmaq istəmir

“Real”ın yarımmüdafiəçisi Qaret Beyl Madrid klubunu tərk etmək niyyətində deyil. 

Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu “Tottenhem”dən təklif gələcəyi halda İngiltərəyə dönməyəcək. 

Uels millisinin kapitanının sabiq komandasına dönmək arzusunda olmadığı bildirilir.

Qeyd edək ki, Joze Mourinyo “Tottenhem”ə baş məşqçi təyin olunandan sonra bir müddətdir “Real”da oynamayan Beyli öz sərəncamında görmək istəyir.