Qattuzo “Napoli”də yarım mövsümə 1,5 milyon avro qazanacaq
11.12.2019 - 11:57
İtaliyanın “Napoli” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatı bu posta Cennaro Qattuzonun gətiriləcəyini iddia edir.
“Milan”ın sabiq baş məşqçisi Karlo Ançelottini istefaya göndərən Neapol təmsilçisi ilə yarım illik müqavilə imzalayacaq. Komanda Çempionlar Liqasına vəsiqə qazansa, bu anlaşma bir mövsümlük uzadılacaq. C.Qattuzo mövsümün sonuna qədər 1,5 milyon avro qazanacaq. O, daha bir il postunda qalsa, 3 milyon əldə edəcək.
Qeyd edək ki, 41 yaşlı mütəxəssis “Fiorentina”, “Cenoa” və “Sampdoriya”nin təkliflərini geri çevirib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0